Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub

Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub “Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.
Milli Məclis
18 Dekabr , 2020 11:23
Bəzi deputatlar, Milli Məclis Aparatının əməkdaşları koronavirusa yoluxub
0 : 00
0 : 00

“Bizim də içərimizdə çoxlu sayda COVID-19-a yoluxanlar var. Milli Məclisin Aparatının əməkdaşları, deputatlar, texniki işçilər koronavirusa yoluxub”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Biz hamıya deyirik ki, özünüzü qoruyun. Ancaq burada müzakirələr aparırıq. Təklif edirəm ki, gündəlikdəki məsələlər səsverməyə çıxaraq”, - o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu məsələ dekabrın 17-də komitə sədrlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi