Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
"Report”un xəbərinə görə, dəyişikliklə bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır.
Belə ki, dəyişikliklə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilir.
Qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.