Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi layihəsi ilk oxunuşdan keçib

Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi layihəsi ilk oxunuşdan keçib “Report”un xəbərinə görə, bununla bağlı məsələ fevralın 15-də keçirilən iclasında müzakirə edilib. 
Milli Məclis
15 Fevral , 2022 13:54
Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi layihəsi ilk oxunuşdan keçib

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bununla bağlı məsələyə Milli Məclisin fevralın 15-də keçirilən iclasında baxılıb.

Toplantıda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi