“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilir

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilir Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur.
Milli Məclis
19 Dekabr , 2017 12:03
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilir

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları) maddəsinin 2-ci (Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz) bəndinə “qəbiristanlıqlar” sözü əlavə edilir.

Son xəbərlər

Orphus sistemi