Bələdiyyə ərazisindəki duracaq və parklanma yerlərinə görə ödənişlər differensiallaşdırılacaq

Bələdiyyə ərazisindəki duracaq və parklanma yerlərinə görə ödənişlər differensiallaşdırılacaq Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.
Milli Məclis
16 fevral 2022 12:06
Bələdiyyə ərazisindəki duracaq və parklanma yerlərinə görə ödənişlər differensiallaşdırılacaq

Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.

"Report"un xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri üçün, habelə duracaq və parklanma yerlərinə görə ödənişlərin daha da səmərəli differensiallaşdırılması üçün onların məbləğinin faizlə hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunacaq.

Qeyd edək ki, sənəddə bələdiyyələrlə bağlı Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulması vurğulanıb.

Son xəbərlər

Orphus sistemi