Barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri müəyyənləşib

Barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri müəyyənləşib Azərbaycanda barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri açıqlanıb.
Milli Məclis
9 İyul , 2021 12:14
Barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri müəyyənləşib

Azərbaycanda barəsində araşdırma aparılan deputatın hüquq və vəzifələri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnaməsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın aşağıdakı hüquqları var:

1. Barəsində daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən geci 1 iş günü müddətində xəbərdar edilmək;

2. Barəsində aparılan araşdırma ilə bağlı İntizam komissiyasının iclasının günü və saatı haqqında iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilmək;

3. İntizam komissiyasının iclaslarında iştirak etmək;

4. Müvafiq sənədlər və materiallar ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazını bildirmək, suallar vermək, çıxış etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;

5. İzahat vermək;

6. İntizam komissiyasının qərarlarının və rəylərinin surətini almaq;

7. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək.

İntizam komissiyasında barəsində araşdırma aparılan deputat “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən vəzifələri müvafiq sahədə yerinə yetirir.

İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır.

İntizam komissiyasında barəsində araşdırma aparılan deputatla komissiyanın üzvü (üzvləri) arasında şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda deputat komissiyanın həmin üzvünə (üzvlərinə) yazılı və ya şifahi şəkildə əsaslandırılmış etiraz etməlidir.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi