Bahar Muradova: "ATƏT PA-nın sessiyasında Azərbaycanın maraqları təmin olundu”

Bahar Muradova: "ATƏT PA-nın sessiyasında Azərbaycanın maraqları təmin olundu” ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklarasiyada Azərbaycanın təklifləri nəzərə alındı və maraqlarımız təmin olundu”.
Milli Məclis
12 İyul , 2019 12:25
Bahar Muradova: ATƏT PA-nın sessiyasında Azərbaycanın maraqları təmin olundu”
Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova / Report/ Firi Salim

"ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklarasiyada Azərbaycanın təklifləri nəzərə alındı və maraqlarımız təmin olundu”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, müzakirə olunan bəyannamənənin 22-ci maddəsində yer alan müddəa neçə gün idi ki, müzakirələrə səbəb olub: “Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub. Həmin maddədə nəzərdə tutulur ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşılmalıdır. Bu ilk dəfədir baş verir. Bilirsiniz ki, bundan əvvəl 3 ölkənin adı başqa bir maddədə çəkilirdi. Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə başqa maddədə münasibət bildirilirdi. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir”.

Parlamentin sədri Oqtay Əsədov da bunu böyük nailiyyət adlandırıb.

Son xəbərlər

Orphus sistemi