Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.
Tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda “Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.
Digər sessiyalarda “Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, “Parlament nəzarəti və müxalifətin rolu”, “Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, “Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Deputatlar müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər iyunun 9-da başa çatacaq.