Azərbaycanlı deputatlar Bolqarıstanda keçiriləcək seçkiləri müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Bolqarıstanda keçiriləcək seçkiləri müşahidə edəcəklər Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.
Milli Məclis
11 noyabr 2021 13:08
Azərbaycanlı deputatlar Bolqarıstanda keçiriləcək seçkiləri müşahidə edəcəklər
0 : 00
0 : 00

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, deputatlar noyabrın 14-də keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Daha sonra Milli Məclisin deputatları dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi