Gürcüstan parlamentində gender bərabərliyi mövzusuna həsr olunmuş görüş keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir ATƏT-in Parlament Assambleyasının “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı çərçivəsində baş tutub.
Müzakirələrdə Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Özbəkistan və Qırğızıstandan olan deputatlar, həmçinin Avropa Parlamentinin, beynəlxalq
Azərbaycanı görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva təmsil edib. Deputat qadınların siyasi həyatda iştirakı mövzusu ilə bağlı müzakirələrə qatılıb.
Gürcüstan parlamentinin üzvü Ququli Maqradze qanunverici orqanda gender bərabərliyi sahəsində qəbul olunmuş qanun və fəaliyyət planı barədə məlumat verib.
Görüş iştirakçıları qadınların siyasi həyatda fəal olmasının əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə əsasən, parlament komitələrinin sədri və ya sədr müavini qadın olmalıdır. Deputatlar eyni zamanda qadın və gənclərin qərar qəbuletmə prosesinə aktiv cəlb olunması yolları və bu istiqamətdə milli parlamentlərdə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.