Yuxarı

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırılır

Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Parlamentin “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərarında dəyişiklik layihəsinə baxılıb.

Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir. Bu isə Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyətin (dörd taqımı) aradan qaldırılması anlamına gəlir. 

Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi