Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda Gəmiçilik sahəsində xidmətlərə görə medalı təsis olunur.
Milli Məclis
27 Mart , 2018 12:44
Azərbaycanda yeni medal təsis olunur
Milli Məclis / Report

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunur.

"Report"un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilir.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi