Azərbaycanda un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti daha 1 il uzadılır

Azərbaycanda un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti daha 1 il uzadılır Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.
Milli Məclis
1 Fevral , 2021 16:53
Azərbaycanda un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti daha 1 il uzadılır

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi