Azərbaycanda subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

Azərbaycanda subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib
Milli Məclis
2 Aprel , 2021 15:34
Azərbaycanda subsidiyalardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə məcəlləyə yeni 411-2 maddə (Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi