Sosial iş yerlərində şəhid ailələrinə üstünlük verilməsi barədə layihə qəbul olundu

Sosial iş yerlərində şəhid ailələrinə üstünlük verilməsi barədə layihə qəbul olundu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
1 Fevral , 2021 15:59
Sosial iş yerlərində şəhid ailələrinə üstünlük verilməsi barədə layihə qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Azərbaycanda sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək.

Hazırkı qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Təklif edilən dəyişikliklə isə şəhid ailəsinin üzvlərinə də sosial iş yerlərinin təşkili zamanı üstünlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi