Azərbaycanda müxalifət partiyasının nümayəndəsi parlamentin komitə sədri olub

Azərbaycanda müxalifət partiyasının nümayəndəsi parlamentin komitə sədri olub Rafael Hüseynov parlamentin “ana müxalifət” partiyasının təmsilçisidir
Milli Məclis
24 Noyabr , 2015 19:51
Azərbaycanda müxalifət partiyasının nümayəndəsi parlamentin komitə sədri olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Milli Məclisin (MM) qərarı ilə MM-in Mədəniyyət komitəsinin sədri vəzifəsinə təsdiq edilən deputat Rafael Hüseynov parlamentdə “ana müxalifət” sayılan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təmsilçisidir. “Report” xəbər verir ki, bununla da Azərbaycanda son illərdə ilk dəfə müxalifət partiyasının nümayəndəsi Milli Məclisin komitə sədri olub.

Qeyd edək ki, “VHP deputat qrupu”nun üzvü olan Hüseynov Rafael Baba oğlu 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində doğulub. O, həm də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. R.Hüseynov filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü və professordur. Deputatlığa namizədliyi VHP tərəfindən irəli sürülmüşdü.

Son xəbərlər

Orphus sistemi