Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunub

Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunub Fuad Muradov: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur”
Milli Məclis
13 Noyabr , 2017 12:31
Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunub

Bakı. 13 noyabr. REPORT.AZ/ "Azərbaycanın dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait artırılmalıdır".

“Report”un xəbərinə görə, bunu Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.

Son xəbərlər

Orphus sistemi