Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb

Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.
Milli Məclis
12 İyun , 2018 16:16
Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi