Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib
Milli Məclis
12 Fevral , 2021 15:43
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi