Yuxarı

Azərbaycanda qohum olmayan şəxsin də donor olmasına icazə veriləcək

“İnsan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun hazırlanarkən müzakirə edildi ki, donor-respiyentin yalnız qohum olması problemlər yaradır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, hazırkı qanunda qohum olmadığı halda, donorluğa icazə verilmir: “Dünya təcrübəsində, xüsusən də Türkiyədə Etika Komissiyasının rəyi əsasında qohum olmayan şəxsin (alqı-satqı vasitəsi də olmamaq şərtilə) könüllü donorluğuna icazə verilir. Kimsə humanist addım atmaq istəyirsə, buna əngəl olmaq doğru deyil. Donor qohum ola da bilər, olmaya da”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi