Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib

Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib.
Milli Məclis
4 Yanvar , 2020 12:16
Azərbaycanda parlament seçkilərinə 2226 namizəd müraciət edib

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib". 

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri isə imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi