Yuxarı

Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq

Tibbi müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni fəsli qüvvəyə minəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda narkomaniya ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsi yaradılacaq.

“Report”un xəbərinə görə, yeni tibb müəssisəsi qapalı rejimdə fəaliyyət göstərəcək.

Tibb müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni - “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı fəsil qüvvəyə minəcək.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi