Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq ​​​​​​​Sənəd səsverməyə çıxarılaraq qəbul edilib
Milli Məclis
106
21 May , 2021 12:24
Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Saziş müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sazişə əsasən, Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (MSİBM) nümayəndəliyi yaradılacaq.

Sənədə əsasən, nümayəndəlik hüquqi şəxs statusuna malik olacaq. Nümayəndəliyin binası toxunulmazdır. Nümayəndəliyin mülkiyyəti və aktivləri inzibati, məhkəmə və ya qa nunverici fəaliyyət nəticəsində axtarışdan, iddiadan, müsadirədən, özününküləşdirmədən və müdaxilənin hər hansı digər formasından azad olacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Saziş 2021-ci il martın 17-də Bakı və Vyana şəhərlərində imzalanıb.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi