Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur müəyyənləşib

Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur müəyyənləşib Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq
Milli Məclis
27 İyun , 2018 16:00
Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanda ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi) maddəsinə edilən dəyişikliyə əsasən, ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

Digər hakimlərin fəaliyyəti isə 5 ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi