Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad olunmasına dair layihə I oxunuşdan keçib

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad olunmasına dair layihə I oxunuşdan keçib Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Milli Məclis
30 May , 2023 13:00
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad olunmasına dair layihə I oxunuşdan keçib

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi