Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilərə, elektron siqaretlərə aksiz vergisi tətbiq oluna bilər

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilərə, elektron siqaretlərə aksiz vergisi tətbiq oluna bilər Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.
Milli Məclis
16 Noyabr , 2018 15:47
Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilərə, elektron siqaretlərə aksiz vergisi tətbiq oluna bilər

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Dəyişiklik qəbul edilərsə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12,0 manat aksiz vergisi 20 manata qaldırılacaq.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi