Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir

Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
1 Fevral , 2021 15:58
Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir.

Hazırkı qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısına əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Təklif edilən dəyişikliklə isə həmin kateqoriyadan olan insanların siyahısına şəhid ailəsinin üzvləri də daxil edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi