Azərbaycanda investisiya fondları üçün yeni tələb müəyyənləşəcək

Azərbaycanda investisiya fondları üçün yeni tələb müəyyənləşəcək Azərbaycanda investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaqlar.
Milli Məclis
9 İyun , 2023 13:15
Azərbaycanda investisiya fondları üçün yeni tələb müəyyənləşəcək

Azərbaycanda investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaqlar.

"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "İnvestisiya fondları haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi