Yuxarı

Azərbaycanda heyvanları məhv edənlərə qarşı cəzalar sərtləşdiriləcək

© Report — Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda heyvanları məhv edən və incidənlərə qarşı sərt cəza tədbirləri görüləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.

O deyib ki, bununla bağlı İnzibati Xəta və Cinayət məcəllələrinə dəyişiklik edilə bilər: “Başqa ölkələrdə heyvanlara diqqət və qayğı göstərirlər. Azərbaycanda heyvanları incidənlərə qarşı cəza tədbirləri görülür, amma bu, daha da sərtləşdirilə bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi