Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.
Milli Məclis
28 Aprel , 2022 16:07
Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2021-ci ildə ölkədə fahişəliyə cəlb etməyə görə 56 fakt aşkar edilib.

Əxlaqsız yuvaları saxlamaya görə isə 19 fakt aşkarlanıb.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah- aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi