Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir

Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır
Milli Məclis
25 Yanvar , 2018 16:17
Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir
Milli Məclis / Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev çıxış edib.
O bildirib ki, əlillərin reyestri yaradılsa və ora hər kəsə açıq olsa, əlillərə hansı xidmətlərin göstərildiyini, onların problemlərinin nədən ibarət olduğunu və əlillərlə bağlı digər məsələləri öyrənmək mümkün olar. 

Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır.

Son xəbərlər

Orphus sistemi