Azərbaycanda əlillərin potensialını inkişaf etdirmək üçün xüsusi proqram həyata keçiriləcək

Azərbaycanda əlillərin potensialını inkişaf etdirmək üçün xüsusi proqram həyata keçiriləcək Bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb
Milli Məclis
25 Yanvar , 2018 14:33
Azərbaycanda əlillərin potensialını inkişaf etdirmək üçün xüsusi proqram həyata keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb.

Qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, abilitasiya reablitasiyadan sonrakı mərhələdir.

Son xəbərlər

Orphus sistemi