Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması qaydası hazırlanıb

Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması qaydası hazırlanıb Azərbaycanda "Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi" Qaydası hazırlanıb.
Milli Məclis
290
28 Aprel , 2022 16:20
Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması qaydası hazırlanıb

Azərbaycanda "Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi" Qaydası hazırlanıb.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, sənəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və yaxın vaxtlarda təsdiq ediləcək.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi