Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - SİYAHI

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - SİYAHI Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Milli Məclis
15 Fevral , 2023 11:01
Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - SİYAHI

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.

Son xəbərlər

Orphus sistemi