Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq.
Milli Məclis
940
26 Aprel , 2022 16:20
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq.

"Report"un xəbərinə görə, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi