Azərbaycanda ahıl seçicilər doğum gününü seçki məntəqəsində qeyd edib - FOTO

Azərbaycanda ahıl seçicilər doğum gününü seçki məntəqəsində qeyd edib - FOTO Ahıl seçicilər seçkilərdə həvəslə iştirak etdiklərini bildiriblər
Milli Məclis
1 Noyabr , 2015 16:33
Azərbaycanda ahıl seçicilər doğum gününü seçki məntəqəsində qeyd edib - FOTO

Bakı. 1 noyabr .REPORT.AZ/ Bərdənin Qaradəmirçi kəndinin ahıl sakinləri doğum gününü seçki məntəqəsində qeyd ediblər. "Report"un məlumatına görə, 94 saylı Bərdə kənd seçki dairəsinin 45 saylı seçki məntəqəsi üzrə qeydiyyatda olan Qaradəmirçi kənd sakinləri Orucqulu Heydərov 90 və Bənövşə Əliyeva 85 yaşını qeyd edib.

Noyabrın 1-də doğulan hər iki sakin Milli Məlclisə V çağırış deputat seçkilərində həvəslə iştirak etdiklərini və müstəqil şəkildə istədikləri namizədlərə səs verdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi