Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Milli Məclis
16 fevral 2022 11:22
Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

"Report"un xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.

Son xəbərlər

Orphus sistemi