Azərbaycana buğda idxalının ƏDV-dən azad olunma müddəti artırılır

Azərbaycana buğda idxalının ƏDV-dən azad olunma müddəti artırılır Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq
Milli Məclis
12 Fevral , 2021 12:42
Azərbaycana buğda idxalının ƏDV-dən azad olunma müddəti artırılır

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb.

Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək.

Xatırladaq ki, Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda müzakirə edilərkən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının daha 1 il müddətindən vergidən azad olunması nəzərdə tutulurdu. Lakin deputatlar həmin dəyişiklik layihəsinin əleyhinə çıxış edərək müddətin uzadılmasını istəmişdilər.

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilib.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi