Yuxarı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medalın təsis edilməsi təklif olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medalın təsis edilməsi təklif olunub
Deputat: Bu addım Cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər
© Report

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medalın təsis olunmasını təklif edib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən T.Kərimli deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunmalıdır.

Deputat bildirib ki, bu addım Cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi