Bakı. 8 may.
“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev deyib.
O qeyd edib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur: “Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub”.
Səfir xatırladıb ki, 2014-cü ildən Ermənistan və Azərbaycan prezidentləri arasında 8 görüş olub. O bildirib ki, Avropadan olan bəzi hüquqi və fiziki şəxslər işğal olunan Azərbaycan ərazilərində ermənilərin mal mübadiləsinə dəstək verir, bunların qarşısı alınmalıdır. K.Xasıyev vurğulayıb ki, ermənilər qanunsuz olaraq Suriyadakı erməniləri Dağlıq Qarabağa köçürür: “Bütün bunların münaqişənin uzadılmasına xidmət edir. Avropa Birliyi Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsinə dəstəkləməlidir”.