AŞPA prezidenti Azərbaycan Milli Məclis Sədrinin müraciətinə cavab verdi

AŞPA prezidenti Azərbaycan Milli Məclis Sədrinin müraciətinə cavab verdi Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.
Milli Məclis
17 İyul , 2020 19:47
AŞPA prezidenti Azərbaycan Milli Məclis Sədrinin müraciətinə cavab verdi

Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems Milli Məclisin Sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib. 

Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

AŞPA prezidenti bildirib ki, bu məsələ assambleyanın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

Rik Daemsin Sahibə Qafarovaya ünvanladığı məktubda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir: “Tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığa davam edir, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”.

Son xəbərlər

Orphus sistemi