Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı

Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir
Milli Məclis
15 iyul 2020 14:27
Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı

Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib. 
 
Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik.

Son xəbərlər

Orphus sistemi