Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir

Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.
Milli Məclis
222
5 May , 2022 16:40
Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir

Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.

"Report"un xəbərinə görə, bu, parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.

Qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi