Yuxarı

Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır

Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir
© Report/ Elshan Baba

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə olunur.

Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi