Yuxarı

Azərbaycan Ali Məhkəməsi iddiada 10 min manatdan az məbləğ göstərilən iqtisadi işlərə baxmayacaq

“Vəkillər və vəkillik fəaliyyəti haqqında”qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilir

Bakı. 27 oktyabr. REPORT.AZ/ İki min manata qədər olan mülki, on min manata qədər olan iqtisadi işlərə Ali Məhkəmədə baxılmayacaq.

“Report” xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında”qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilir.

Belə ki, bu işlər apellyasiya məhkəməsində yekunlaşacaq.

Dəyişiklik həm də nümayəndələrin Ali Məhkəməyə çıxışını məhdudlaşdırır. 

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Əgər dəyişiklik layihəsi səsvermədən keçərsə, dekabr 1-də qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi