Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib

Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib Azərbaycanın işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadındır.
Milli Məclis
14 Dekabr , 2022 11:19
Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib

Azərbaycanın işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadındır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ümumilikdə ölkədə 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu məhz qadındır.

Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır: “Ancaq bəzi sahələrdə fərqlər var, və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığın inkişafı istiqamətində iş aparılır”.

Son xəbərlər

Orphus sistemi