59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı

59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Milli Məclis
31 İyul , 2020 16:57
59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı
Sahibə Qafarova

Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

"Report" xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. 

Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb. 

Son xəbərlər

Orphus sistemi