​ATƏT PA Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməyəcək

​ATƏT PA Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməyəcək "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidəçi missiyası göndərməzsə, ATƏT PA da bunu etməyəcək"
Milli Məclis
23 Sentyabr , 2015 15:01
​ATƏT PA Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməzsə, onda ATƏT-in Parlament Assambleyası da bunu etməyəcək". 

Bu barədə "Report"a ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.  

Xəbərə görə, ATƏT PA-nın baş katibi Spenser Oliver bu gün qurumun qərarını təsdiq edib.

Xatırladaq ki, sentyabrın 11-də ATƏT DTİHB-in direktoru Maykl Link rəhbərlik etdiyi qurumun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməmək barədə qərar qəbul etdiyini açıqlayıb.

Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi