Yuxarı
    Bağlamaq

    “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizalar veriləcək

    Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə dəyişiklik layihəsi daxil olub

    Bakı. 21 dekabr. REPORT.AZ/ “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi təklif edilir.

    “Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi daxil olub.

    Məcəllənin qüvvədə olan 38-ci (Elektron vizalar) maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bəndə edilən yeni əlavəyə əsasən, çoxdəfəlik vizada müddət 90 gün müəyyən edilir.

    Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinin 38-ci mçaddəsi ölkəyə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza alma imkanı verir. Məcəllənin hazırki tələbinə görə elektron qaydada viza birdəfəlik verilir və ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Mövcud məcəlləyə görə viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Hazırki layihə ilə “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizaların verilməsi təklif olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi