Arye Qut: "Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir"

Arye Qut: "Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir" "Seçkilər kifayət qədər açıq və şəffaf şəkildə həyata keçirilib"
Milli Məclis
2 Noyabr , 2015 14:41
Arye Qut: Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir

Bakı. 2 noyabr. REPORT.AZ/ "İlk dəfədi seçkilərdə müşahidə aparıram və deyə bilərəm ki, seçkilər məndə xoş təəssürat oyatdı".

"Report" xəbər verir ki, bunu noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri şərh edərkən İsraildən olan müstəqil müşahidəçi, "International Services" qeyri-hökumət təşkilatının baş meneceri Arye Qut söyləyib.

O, seçkilərdə heç bir fırıldaqçılıq olmamasının, seçicilərin istəklə məntəqələrə getməsinin vacibliyini qeyd edib: "Seçkilər kifayət qədər açıq və şəffaf şəkildə həyata keçirilib. Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir".

A.Qut, həmçinin yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbədə apardığı müşahidələrdən danışıb: "Hər şeyin yaxşı olması ilə bağlı məlumat əldə etmişəm. Hətta Qırmızı qəsəbəni tərk edən insanlar da Azərbaycan üçün həyəcan keçirirdi".

Son xəbərlər

Orphus sistemi